Fev 11, 2019 09:34 Asia/Baku
  • Bütün İslami İranda

"Allahu Əkbər!" nidası İran İslam İnqilabı qələbəsinin 40-cı ildönümü gününün gecəsində bütün İslami İranda göylərə ucalıb.

Əzəmətli İran İslam İnqilabı qələbəsinin 40-cı ildönümü gününün gecəsində, dünən gecə yerli vaxtla saat 21-də İslami İran xalqından milyonlarla nəfər evlərin damlarında, eləcə də məscid və küçələrdə "Allahu Əkbər!" nidasını ucaldıbdır.

İslami İran xalqı "Allahu Əkbər!" nidasını verməklə özünün həmrəylyi, yekdilliyi və birliyini nümayiş etdiribdir.

Həmçinin İranın müxtəlif şəhərlərinin səmaları xalqın "Allahu Əkbər!" nidası ilə bir zamanda nura qərq olubdur.

Tehran vilayətinin səması da xalqın "Allahu Əkbər!" nidası ilə yanaşı, nura və sevincə bürünübdür və İslami İran paytaxtının əhalisi təyinedici 22 bəhmən-11 fevral gününü qarşılamağa gedibdir.

Bu gün, bazar ertəsi günü, bəhmənin 22-si İran İslam İnqilabı qələbəsinin 40-cı ildönümü günüdür.

1357-ci günəş ili bəhmənin 22-də, başqa sözlə, 1979-cu il fevralın 11-də əzəmətli İran İslam İnqilabı İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında zəfər çaldı.

 

Teqlər