Fev 14, 2019 14:14 Asia/Baku
  • Cahangirinin Sistan və Bəluçestandakı terror hücumu ilə bağlı müraciəti

İran İslam Respublikasının birinci vitse-prezidenti deyib: Sistan və Bəluçestan vilayətindəki terror hücumu İranın böyük və düşmənsındıran xalqının 22 bəhmən yürüşündəki qüdrətli iştirakından alınan bir intiqam olub və bu cinayət dünya imperializminin casusluq xidmətlərinin və onların aldanmış və xəbis amillərinin istiqamətləndirmələri ilə planlaşdırılaraq, icra olunubdur.

İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri dünən gecə bir başsağlığı müraciətində bildirib: Sistan və Bəluçestan vilayətindəki terror hücumu xalqın İslam İnqilabının müdafiəsindəki əzmkarlığına bir xələl gətirməyəcək və terrorizmlə amansız mübarizə üzrə milli əzmkarlığı həmişəkindən daha da əzmkar edəcəkdir.

İran İslam Respublikasının birinci vitse-prezidenti vətənin şücaətli müdafiəçiləri və sərhədçilərindən bir qrupunun Sistan və Bəluçestan vilayətinin Xaş-Zahidan şose yolunda şəhid edilməsi münasibətilə onların ailələrinə başsağlığı veribdir.

İran İslam Respublikasının birinci vitse-prezidenti həmçinin Sistan və Bəluçestan valisi ilə telefon söhbətində terror hücumunun miqyasından xəbərdar olub. O, bu terror hücumu amillərinin aşkar edilərək, cəzalandırılmaları istiqamətində bütün səylərin səfərbər edilməsini istəyibdir.

Teqlər