Fev 14, 2019 16:28 Asia/Baku
  • Müdafiə nazirliyi, ordu və Sepah İranın cənub-şərqindəki terror hücumunu pisləyiblər

İranın müdafiə naziri deyib ki, İranın silahlı qüvvələri terrorçulardan və onların himayədarlarından sərt intiqam alacaqlar.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün bir müraciətdə bildirib ki, İran İslam İnqilabının 40-cı ildönümü düşmənlərin gözlərində bir tikana çevrilibdir.

O, deyib: Düşmənlər İran xalqı və İran İslam Respublikasının silahlı qüvvələri ilə qarşılaşmağa qadir olmadıqları üçün özlərinin İran xalqının əzəməti qarşısındakı ardıcıl məğlubiyyətlərinin əvəzini muzdur ünsürlər vasitəsilə zəlilcəsinə terror hərəkətləri ilə çıxmağa çalışırlar.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın koordinasiya üzrə komandan müavini deyib: Sistan və Bəluçestandakı terror hücumunun amilləri keçmişdə olduğu kimi İslam İnqilabı Keşikçiləri Korpusundan möhkəm cavab alacaqlar.

Briqada generalı pasdar Əli Fədəvi dünən gecə Fars xəbər agentliyi ilə müsahibədə Sistan və Bəluçestandakı terror hücumu barədə belə deyib: İslam İnqilabının qorunması səhnəsində bu hücuma cavab İranın özünə aid olan coğrafiya ilə məhdud olmayaraq, İslam İnqilabı coğrafyasına aid olur.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı briqada generalı pasdar Mohəmməd Pakpour terrorçulardan sərt intiqamın alınacağını bildirib. O, deyib: İyirmi ilə yaxındır ki, Pakistan torpağından İran ərazisinə qarşı terror hücumları həyata keçirilir. O, əlavə edib: Əgər Pakistanda terrorçularla mübarizə üçün bir iradə olmuş olsaydı, bu gün terrorçuların nəsli kəsilmişdi.

General Pakpour deyib: Pakistan başçıları bilsinlər: Terrorçularla mübarizə aparmazlarsa, Pakistan da terrorçuların hərəkətlərindən amanda qalmayacaqdır.