Fev 20, 2019 20:39 Asia/Baku
  • Laricani: Çin İran üçün mötəbər bir şərikdir
    Laricani: Çin İran üçün mötəbər bir şərikdir

İran İslam Şurası Məclisinin sədri deyib ki, Çin İran İslam Respublikası üçün mötəbər və strateji bir şərikdir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Pekində Çin prezidenti Si Tsinpin ilə görüşdə iki ölkənin tarixi və dostcasına əlaqələrinə işarə edərək, İran-Çin əlaqələrinin müxtəlif sahələrdə gücləndirilməsini istəyib.

Çin prezidenti Si Tsinpin də İslam İnqilabının qırxilliyi münasibətilə İranın xalqı və dövlətini təbrik edərək, deyib ki, Çin İranla strateji əlaqələrini genişləndirmək niyyətindədir.

İran İslam Şurası Məclisinin sədri Çin parlamentinin sədri Li Tszyan Sunun dəvəti ilə dünən bir nümayəndə heyəti ilə Pekinə səfər edibdir.

Teqlər