Fev 23, 2019 12:30 Asia/Baku
  • "Vilayət 97" dəniz manevri; Desantların Məkran sahillərində əməliyyatı

"Vilayət 97" manevrinin son mərhələsinin ikinci günündə bir esmines və bir kreyser Kruz tipli "Qadir" və "Qədir" adlı iki raket ilə öncədən təyin edilmiş dəniz hədəfini məhv ediblər.

İran İslam Respublikası ordusunun Dəniz Qoşunlarının desantları Məkran sahillərində keçirilən "Vilayət 97" hərbi dəniz manevrində sudan quruya hücum əməliyyatını uğurla həyata keçiriblər. Dəniz Qoşunlarının desant qüvvələri və dəniz piyadaları yerli istehsal olan müxtəlif növlü silahlardan və hərbi təchizatlardan istifadə edərək, cənub sahillərində öncədən təyin edilmiş hədəflərə hücum ediblər.

Manevrini sözçüsü bu barədə dedi: Bu əməliyyatda istifadə edilən silahlar tamamilə yerli istehsaldır. Bu silahlar və hərbi təchizatlar təhdidlərə və ehtiyaclara uyğun formada istehsal edilib.

Kavyani: "İran İslam Respublikası ordusunun strateji Dəniz Qoşunları qüvvələrinin ixtiyarında olan bütün təchizatlar Müdafiə Nazirliyinin tabeliyində olan hərbi sənayemizin məhsullarıdır."

İran İslam Respublikasının silahlı qüvvələri regionda mövcud olan təhdidləri düzgün dəyərləndirərək, bütün hazırlıqlarını təhdidlərə uyğun formada həyata keçirir. Həmçinin, İran İslam Respublikası müdafiə doktrinası çərçivəsində təhdidlərin önlənilməsi məqsədilə zəruri hesab etdiyi bütün önləyici tədbirləri həyata keçirir. "Vilayət 97" manevri də elə bu məqsədə malikdir.

Səyyari: "Bu manevrdə Hind okeanının şimalından tutmuş İran sahillərinə kimi müxtəlif müdafiə qatları yaradılıb və bütün bu qatlar bir-birinə birləşdiyi zaman düşmən üçün keçilməz olur"

Bu gün İranın hərbi qüdrəti strateji bir qüdrət sayılır. Bu potensiala söykənərək, İran və region ölkələri hərbi-təhlükəsizlik əməkdaşlıqları çərçivəsində regionun təhlükəsizliyinə zəmanət verə bilərlər. Təcrübələrə əsasən əcnəbilərin regiondakı iştirakı sadəcə region ölkələrinə silah satmaq və regiona müdaxilə məqsədi daşıyır. Əcnəbilərin varlığı heç vaxt region üçün təhlükəsizliyə səbəb olmayıb. Bu iddianı sübut etmək üçün regionda terrorçuların geniş fəaliyyət dairəsinə malik olmasına və regindakı börhanlara işarə etmək kafidir. Bu prizmadan "Vilayət 97" manevrinin müraciəti kollektiv təhlükəsizliyə təkid və regiondakı təhdidlər və gərginlik ocaqlarının ortadan qaldırılmasıdır.

Teqlər