Mart 15, 2019 18:53 Asia/Baku
  • Zərif: Qərblilərin müsəlmanlara qarşı hərəkətləri müdafiə etmələri başa çatmalıdır

İranın xarici işlər naziri Yeni Zelandiya terror hücumunda Qərbin anti-İslam siyasətlərini müqəssir sayaraq, qərblilərin müsəlmanlara qarşı hərəkətləri müdafiə etmələrinin başa çatmasını istəyibdir.

Məhəmməd Cavad Zərif bu gün Yeni Zelandiyanın Kraysçörç şəhərinin ətrafındakı iki məscidə qarşı terror hücumu ilə bağlı özünün twitter-dəki şəxsi səhifəsində yazıb: Qərb demokratiyalarının təəssüb və önmühakimənin yayılması üzrə toxunulmazlığı sionist qatillərin Fələstində bir məscidə daxil olmaları və müsəlmanları təhqir etmələri ilə nəticələnibdir.

Bu gün Yeni Zelandiyanın Kraysçörç şəhərinin ətrafındakı iki məsciddə namazqılanlara qarşı terror hücumlarında 49 nəfər ölüb, əlli namazqılan da yaralanıbdır.