Mart 17, 2019 14:46 Asia/Baku
  • İran Zimbabve hökuməti və xalqına başsağlığı verdi
    İran Zimbabve hökuməti və xalqına başsağlığı verdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Zimbabvedə güclü tufan və qasırğa nəticəsində bir qrup insanın ölməsi və xəsarət almasına görə bu ölkə xalqı və hökumətinə başsağlığı verdi.

İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasımi bazar günü Zimbabvedə tufan və qasırğa nəticəsində həlak olanların ailələrinə başsağlığı verərək, onların kədərini bölüşüb.

Zimbabvenin şərqiində "İdai" adlı güclü qasırğa nəticəsində 15 nəfər həlak olub. 100 nəfər isə itkin düşüb.

"İdai" tufani onlarla evin uçmasına və elektriklərin verilməsində fasilənin yaranmasına səbəb olub.