Mart 19, 2019 19:41 Asia/Baku
  • General Baqeri terrorizmlə mübarizənin davamına təkid edib

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: İran, Suriya və İraqın silahlı qüvvələrinin baş qərargah rəisləri terrorizmlə mübarizə sahəsində daha artıq koordinasiyanın vacibliyini vurğulayıblar.

Suriyada səfərdə olan İranın Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri bu gün Əlaləm telekanalı ilə müsahibədə əlavə edib: Dəməşqdə İran, İraq və Suriya arasında keçirilən üçtərəfli iclasda müştərək sərhədlərdə təhlükəsizliyin bərqərarı üçün terrorizmlə mübarizə sahəsində daha artıq koordinasiyanın vacibliyi vurğulanıb və bu haqda razılıq əldə olunub.

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri yüksək səviyyəli hərbi heyətlə birlikdə bazar günü Dəməşqə daxil olub. Səfərdə məqsəd, Suriya, İraq və İran silahlı qüvvələrinin baş qərargahları rəislərinin üçtərəfli iclasında iştirak olubdur.

İran, Suriya və İraqın silahlı qüvvələrinin baş qərargah rəisləri arasında üçtərəfli iclas terrorizmlə mübarizə üzrə həll yollarının araşdırılması məqsədilə müntəzəm surətdə keçirilir. Müdafiə və hərbi həmkarlıqların yüksəldilməsi, terrorizmlə mübarizə barədə məşvərət və terror qruplaşmaları ilə mübarizənin davamında İran, İraq və Suriya arasında ahəngdarlıq və həmkarlığın yaradılması general-mayor Baqerinin Suriya səfərinin hədəflərindən olubdur.

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin bu gün Diyrəzzur, Əlməyadin və Əlbukamalda Suriyanın əməliyyat məntəqələrinə daxil olaraq, suriyalı döyüşçülər və iranlı hərbi məsləhətçilərlə görüşübdür.

Suriyada böhran 2011-ci ildən Ərəbistan, ABŞ və onların himayədarları, o sıradan əmirliklərin dəstək verdikləri terror qruplarının geniş hücumları ilə region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə başlanıb. Bu böhranın ardınca Suriya İrandan istədi ki, terrorçularla mübarizədə Dəməşqə kömək etsin.

Suriya ordusu İranın hərbi məsləhət köməkləri ilə İŞİD terror qrupunun işinə son qoya bildi.