Mart 23, 2019 15:09 Asia/Baku
  • İran Çinin dövləti və xalqının kədəri ilə bölüşüb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bir kimya zavodundakı yanğında bir qrup Çin vətəndaşının həlak olması və yaralanması ilə bağlı başsağlığı verib.

Bəhram Qasemi bir kimya zavodundakı partlayış və yanğında Çin xalqından yüzlərlə nəfərin ölməsi və yaralanmasının ardınca bu hadisədə həlak olanların ailələri, bu ölkənin xalqı və hökumətinin kədəri ilə bölüşübdür.

Bu ölümcül partlayış cümə axşamı günü axşamçağı Yançen şəhərində yerləşən Syanşuy məntəqəsindəki kimya sənayesi parkında yerləşən bir zavodda baş veribdir.

Yerli mediaların bildirdiklərinə görə, bu hadisədə 62 nəfər ölüb, qırx nəfər də yaralanıbdır.

Çin polisinin məlumatına görə, partlayışın səbəbi hələ bəlli deyil və bu barədə araşdırılma aparılır. Bu zavod otuzdan çox kimyəvi məhsul istehsal edir ki, onların bəzilərinin alovlanma qabiliyyəti çox yuxarıdır.

Teqlər