Apr 11, 2019 11:49 Asia/Baku
  • Zərif: Qazaxıstan İranın yaxşı dostudur
    Zərif: Qazaxıstan İranın yaxşı dostudur

İranın xarici işlər naziri Qazaxıstanı İran İslam Respublikası üçün olduqca yaxşı dost adlandırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Tehranda Qazaxıstan xarici işlər nazirinin birinci müavini Muxtar Tleuberdi ilə görüşdə deyib: İran-Qazaxıstan əlaqələrinin genişlənməsi olduqca mühümdür.

Qazaxıstan xarici işlər nazirinin birinci müavini Muxtar Tleuberdi də deyib: İran daim mühüm region ölkələrindən olub və Qazaxıstan İranla münasibətləri genişləndirmək ardıncadır

Zərif və Tleuberdi həmçinin ikitərəfli, regional və beynəlxalq münasibətlər; Xəzər dənizinin hüquqi statusu; birgə iqtisadi komissiyanın iclasının təşkili; tranzit; konsulluq həmkarlıqları; Amerikanın İrana qarşı qanunsuz sanksiyaları; ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah əleyhinə son düşmənçilik hərəkətinin təhlükəli cəhətləri; nəqliyyat dəhlizləri; Tacikistanda "Asiya üzrə anlaşma və etimadyaratma tədbirləri" adlı konfransın keçirilməsi və Qazaxıstanın nüvə anlaşmasını himayə etməsi ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin İran və Qazaxıstan xarici işlər nazirləri müavinlərinin siyasi məşvərətlərinin 16-cı dövrü dünən Tehranda keçirilib.

Teqlər