Apr 19, 2019 15:04 Asia/Baku
  • Amerikanın regiondakı məğlubiyyəti Ağ Ev-in İrandan əsəbiləşməsinin dəlilidir

Tehranın cümə namazı xitabətçisi deyib: Müqavimət mehvərinin terror qrupları üzərindəki qələbəsi və Amerikanın regiondakı siyasətlərinin məğlubiyyəti Ağ Ev-in İrandan əsəbiləşməsinin dəlilidir.

Höccətulislam Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın adını bu ölkənin terror qrupları siyahısına salmasına işarə edərək, əlavə edib: İran Suriya və İraqda terror qruplarını məğlub etməklə Amerikanın regional siyasətlərini şübhə altına aldı.

Seddiqi Amerikanın digər ölkələrdən İranda seldənzərərçəkənlərə yardımların göndərilməsinin qarşısını almasını tənqid edərək, deyib: Amerikanın bu hərəkəti bir daha Vaşinqtonun İran xalqı ilə düşmənçiliyini aşkar etdi.

Tehranın cümə namazı xitabətçisi həmçinin bildirib ki, bəzi Avropa ölkələri rəzillikdə amerikalılar kimidirlər. O, əlavə edib: Avropalılar çətin mövqelərdə İranı tək qoyurlar, buna görə, avropalıların hərəkətləri qarşısında sayıq olmaq gərəkdir.