May 15, 2019 11:43 Asia/Baku
  • Ruhani: ABŞ İran xalqını təslim olmağa məcbur edə bilməz
    Ruhani: ABŞ İran xalqını təslim olmağa məcbur edə bilməz

İran İslam Respublikası prezidenti quruluşun məsul işçilərinin İnqilab Rəhbəri ilə görüşündə ABŞ-ın İran xalqını təslim olmağa məcbur edə bilməyəcəyini dedi.

Prezident Administrasiyasının informasiya portalının bildirdiyinə görə, Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyalarına və təzyiqlərinə işarə edərək, dedi: Amerikalılar öz yanlış hesablamaları ilə elə təsəvvür edirlər ki, bir neçə ay ərzində İran xalqını diz çökdürəcəklər və bunun üçün zaman da təyin edirlər. Amma, İran xalqı müqavimət, dözümlülük və mübarizə yolunu seçərək, İran İslam Respublikası tarixində qızıl anlar yaradıb. 

İran İslam Respublikası prezidenti İran rəhbərliyi, xalqı, hökuməti və parlamentinin düşməni nakam qoyduğuna işarə edərək, dedi: Bu gün də düşmən güc tətbiq etməyə çalışır. Səhər dəniz donanmasını göndərir, axşam isə telefon nömrəsi verir. Əlbəttə, iranlılarda onların çox telefon nömrələri var. Onların İran xalqına qarşı cinayət törətdikləri günlərin hamısı onların həqiqi telefon nömrələridir. 

Ruhani ABŞ-ın müxtəlif xalqlara o cümlədən İran xalqına qarşı zülm və təcavüzlərinə işarə edərək, Amerikalılara xitabən dedi: Tövbə edin və geri dönün. Yol açıqdır. Bəlkə İran xalqı sizin tarixi cinayətləriniz və zülmlərinizi bağışladı.