May 15, 2019 18:16 Asia/Baku
  • General-mayor Hatəmi: İran Amerikan-Sionist cəbhəsini məğlub edəcək
    General-mayor Hatəmi: İran Amerikan-Sionist cəbhəsini məğlub edəcək

İranın müdafiə naziri dedi: İran xalqı tam hazırlıq ilə Amerikan-Sionist cəbhəni məğlub edəcək.

İRNA-nın məlumatına görə, İranın müdafiə naziri general-mayor Əmir Hatəmi İran İslam Respublikasının hərbi müdafiə təhdidləri qarşısında ən yüksək hazırlığa malik olduğunu deyərək, əlavə etdi: Bu hazırlıq İran silahlı qüvvələrinin ən ağır sanksiyalara məruz qaldığı bir dövrdə əldə olunub. 

General-mayor Hatəmi düşmənlərin dəfələrlə İran İslam Respublikası qarşısında məğlub olduqlarına işarə edərək, deyib: Regiondakı son terrorçu-təkfirçi cərəyanın İraq və Suriyada məğlub olması ABŞ və terrorçuları himayə edən ölkələrin etibarına böyük zərbə vurdu. 

İranın müdafiə naziri həmçinin, İran xalqının iqtisadi sanksiyalar və təzyiqlərdən yaranan çətinliklərin öhdəsindən gələcəyini deyərək, bildirdi: Amerikalılar ötən 40 ildə İrana qarşı əllərindən gələn düşmənçiliyi etdilər. Amma, bu dəfə də öz nəhs planlarında nakam qalacaqlar.