May 17, 2019 16:51 Asia/Baku
  • Zərif Çinin xarici işlər naziri ilə görüşüb

Çin rəsmiləri ilə müxtəlif mövzular barədə məşvərət etmək və fikir mübadiləsi aparmaq məqsədilə bu gün Pekinə daxil olmuş İran İslam Respublikasının xarici işlər naziri bu ölkənin xarici işlər naziri ilə görüşüb.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çinli həmkarı Van Yi ilə görüşdə son olaylar, Tehranın nüvə anlaşmasında İranın hüquqlarının icra olunması haqdakı qərarı, ikitərəfli əlaqələr, siyasi və iqtisadi həmkarlıqların genişləndirilməsi yolları və region məsələləri barədə məşvərət edib.

Bu görüşdə Çinin İranın ən böyük ticarət şəriki olduğunu bildirən Zərif çoxvektorluluğun qorunmasını vurğulayıb.

Zərif bir neçə Asiya ölkəsinə səfərinin davamında Çinin yüksək vəzifəli rəsmiləri ilə nüvə anlaşması daxil olmaqla beynəlxalq və regional məsələlər barədə danışıqlar aparmaq məqsədilə bu gün Pekin hava limanına daxil olubdur.

İranın xarici işlər naziri Çin səfərindən öncə Türkmənistan, Hindistan və Yaponiyaya səfər edərək, bu ölkələrin başçıları ilə görüşübdür.

Teqlər