İyul 02, 2019 07:29 Asia/Baku
  • Zəngənə: İran neft hasilatının azaldılması razılaşmasından azad qalıb
    Zəngənə: İran neft hasilatının azaldılması razılaşmasından azad qalıb

İranın neft naziri bildirib ki, İranın istəkləri OPEK-in neft nazirlərinin Vyanada keçirilən 176-cı iclasında həyata keçib. O, deyib: İran OPEK-in ötən iclasında olduğu kimi, neft hasilatının azaldılması razılaşmasından azad qalıb.

Bijən Namdar Zəngənə Neft İxrac edən Ölkələr Təşkilatı- OPEK-in 176-cı iclasının keçirilməsindən sonra müxbirlər qarşısında OPEK və qeyri-OPEK ölkələrinin həmkarlıqları layihəsi barədə deyib: Xoşbəxtlikdən, OPEK və qeyri-OPEK ölkələrinin həmkarlıqları üzrə nizamnamənin bütün islahatları həyata keçirilib. Bu məcmuənin qərarları icbarilik gətirmir və ölkələr üçün öhdəlik yaratmır.

Zəngənə əlavə edib: OPEK iclasının yekun bəyanatında vurğulanıbdır ki, bu nizamnamə OPEK-in qərarları və əməliyyat mexanizmlərində təsirsizdir.

Neft İxrac edən Ölkələr Təşkilatı- OPEK-in 176-cı iclası dünən Avstriyanın paytaxı Vyanada bu təşkilata üzv on dörd öllkənin neft nazirlərinin iştirakı ilə keçirilib.

Teqlər