İyul 12, 2019 14:45 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Avropa nüvə sazişi mövzusunda tam ABŞ-ın tabeliyinə keçib

Tehranın müvəqqəti imam cüməsi deyib: Nevə sazişinin avropalı tərəfləri ABŞ-ın bu beynəlxalq sazişdən birtərəfli qaydada çıxmasından bir il keçsə də nəinki öz öhdəliklərini yerinə yetirməyiblər hətta əməldə Amerikanın tabeliyinə keçiblər.

Höccətül-islam Kazım Sediqi Tehranın cümə namazının xütbələrində ABŞ-ın nüvə sazişindən birtərəfli şəkildə çıxması və İrana qarşı sanksiyalar tətbiq etməsini Amerika üçün ümumbəşəri rüsvayçılıq adlandırıb və veyib: Amerikanlar əvvəlindən nüvə sazişini pozdular və ona əməl etmədilər.

Tehranın müvəqqəti imam cüməsi avropalılara nüvə sazişi qarşısındakı öz öhdəliklərini yerinə yetirmələri üçün verilən 2 aylıq fürsətin sona çatdığını və növbəti fürsətin verilməsinin mümkünsüz olduğunu bildirərək deyib: Nüvə sazişinin 26,36-cı bəndlərinə görə, tərəflərdən biri öz öhdəliyini pozarsa qarşı tərəf də öz öhdəliyini azalda bilər və İranın zənginləşdirməni artırmaqdakı birinci və ikinci addımları bu çərçivədədir.

Tehranın cümə namazının xitabətçisi İranın ABŞ və Avropa dövlətlərinin öz sözlərini tutmadıqlarından sonra uranın zənginləşdirilməsini 20 faizə və daha çox artıracağını bildirərək deyib: Zənginləşdirmə mövzusunda İran kimsəni mülahizə etməyəcək.

Höccətül-islam Sediqi İran İslam Respublikasının regiondakı terrorçu qruplar ilə mübarizədəki gücünü və terrorçuların cinayətlərinə qarşı raket qabiliyyətini xatırladıb və deyib: Britaniyanın Cəbəlütariq boğazında İran neftini daşıyan gəmini saxlamağa cürət etməsi İranın gücünə etinasızlıq idi və tezliklə İranın möhkəm cavabı ilə İngiltərə peşman olacaq.