İyul 13, 2019 07:03 Asia/Baku
  • İran
    İran "Vahid Çin" siyasətinə tam dəstək verir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən gecə İranın "Vahid Çin" siyasətinə tam dəstək verdyini bildirib.

Seyyed Əbbas Mousəvi İran İslam Respublikasının "Vahid Çin" siyasətinə tam dəstək verdyini bildirərək, ABŞ və İngiltərə hökumətlərinin Çinin daxili işlərinə qarışmaları, həmçinin son günlər Tayvan və Honq-Konqdakı təhrikedici hərəkətlərini də pisləyibdir.

Son həftələr ərzində Honq-Konq, hökumət əleyhinə etirazların şahididir. Etirazçılar bu məntəqənin parlament binasına girərək, təxribatçılıq törədə biliblər.

İngiltərə etiazçıları pisləmək əvəzinə, Çin təhlükəsizlik qüvvələrinin aksiyaçılarla rəftar tərzini tənqid edib. İddia edib ki, əgər Pekin Honq-Konqdakı azadlıqlara hörmət etməzsə, özünün bu rəftarının nəticələrini gözləməlidir.

Bəzi Honq-Konq vətəndaşları cinayətkarların Çin hökumətinə ekstradisiya edilmələrini müyəssər və asan edən bu muxtar məntəqənin parlamentində layihənin qəbul olunmasına etiraz olaraq, iyunun 9-dan bəri aksiya keçirirlər.

Honq-Konq 1842-ci ildən 1997-ci ilədək İngiltərənin hökmranlığı altında olub, amma 1997-ci ildə və İngiltərə ilə öncəki müahidə bitdikdən sonra Çin Xalq Respublikasına qatılıb.

Amerika da Tayvanın yerli hökumətinə siyasi-hərbi dəstək verərək, Çin üçün problem yaratmağa can atır.

Amerika son aylar bu məntəqənin digər ölkələr tərəfindən rəsmən tanınması üzrə səylərini artırıbdır.

Çin, 1949-cu ildə vətəndaş müharibəsinin sonunda bu ölkədən ayrılmış Tayvan adasını "Bir Çin Prinsipi" qanunu əsasında öz ərazisinin bir hissəsi bilir.