İyul 14, 2019 07:30 Asia/Baku
  • İran hər bir şəraitdə öz neft ixracatını davam etdirəcək

İran İslam Respublikasının xarici işlər naziri İngiltərənin xarici işlər naziri Ceremi Hant ilə telefon söhbətində Amerikanın neft sanksiyalarının qanunsuz olduğunu vurğulayıb. Bildirib ki, İran İslam Respublikası hər bir şəraitdə öz neft ixracatını davam etdirəcək.

Məhəmməd Cavad Zərif bu telefon danışığında iranlı tankerin qanuni məqsədini Aralıq dənizinin şərqi adlandırıb. Bildirib ki, daim Amerikanın ölkədənkənar sanksiyalar tətbiq etməsilə müxalif olan Avropa Birliyinin özü belə bir addım ata bilməz və İngiltərə hökuməti iranlı tankerin qanunsuz şəkildə müsadirə olunmasına tez bir zamanda son qoymaq üçün lazımi tədbirləri görməlidir.

Zərif həmçinin İranda təhlükəsizlik günahı işlədiklərinə görə, həbs olunan Nazənin Zağəri kimi ikivətəndaşlı şəxslər barədə Hanta belə deyib: Bu şəxslərin həbs və mühakimə olunmaları tamamilə qanuni şəkildə həyata keçirilib və İngiltərə hökumətindən gözlənilir ki, İran İslam Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyinə və qanun icrasına hörmət etsin.

İngiltərənin xarici işlər naziri Ceremi Hant da bu telefon danışığında İranın neft ixracatı üzrə haqqını vurğulayıb.

Bölgədə gərginliklərin artmasından narahatlıq ifadə edən Hant ümid etdiyini bildiribdir ki, Cəbəllüttariq-də aparılmış hüquqi və məhkəmə araşdırmalarının nəticələri İran neftini daşıyan "Qris-1" tankerinin tez bir zamanda buraxılmasına səbəb olacaq.

İngiltərənin dəniz qüvvələri iyulun 4-də qanunsuz bir hərəkətdə Cəbəllüttariq boğazında bir İran tankerini müsadirə etdilər.