İyul 14, 2019 16:46 Asia/Baku
  • General Musəvi: İranın hücum qüdrəti və zərbəvurma bacarığı dağıdıcıdır
    General Musəvi: İranın hücum qüdrəti və zərbəvurma bacarığı dağıdıcıdır

İran İslam Respublikası ordusunun baş komandanı deyib: İranın hücum qüdrəti və zərbəvurma bacarığı təcavüzkarların hücumunun başlanmasından sonra dağıdıcı və peşmanedici olacaq.

General-mayor Seyyed Əbdorrəhim Musəvi Təbrizdə İran İslam Respublikası ordusunun quru qoşunlarının 25-ci diviziyasının ümumi səhər mərasimində bildirib ki, İran heç bir savaşın başlayıcısı olmayıb və deyildir də. O, əlavə edib: Dünyanın və regionun bugünkü şəraiti elədir ki, hazırlığa malik olmağı həmişəkindən daha zəruri edibdir.

General Musəvi söyləyib: İnqilabın zalım və yara almış düşmənlərin beyinlərində şeytani planlar vardır ki, müxtəlif milli və hərbi hazırlıqlar bu fitnələri zərərsizləşdirə bilər.

İran İslam Respublikası ordusunun baş komandanı vurğulayıb: İran İslam Respublikası İraqın İrana qarşı savaşında bir dəfə dünyaya sübut etdi ki, öz amalları üstündə haraya qədər dayanıbdır. Bu gün də ozamandakından daha qüdrətli olaraq, amalların, bu ölkənin və xalqın müdafiəsində azacıq da olsa belə, güzəştə getməyəcəkdir.

Teqlər