İyul 15, 2019 18:05 Asia/Baku
  • İranlı gənclərin Peugeot şirkətinin sədaqətsizliyinə cavabı
    İranlı gənclərin Peugeot şirkətinin sədaqətsizliyinə cavabı

Fransanın Peugeot şirkətinin sədaqətsizliyinə cavab olaraq, İran İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttarinin iştirakı ilə İran məhsulu olan "Peugeot-301" avtomobilinin sınaq istehsalına başlanılıb.

"İranxodro" sənaye qrupunun icraçı müdiri Haşem Yekke Zare İran məhsulu olan "Peugeot-301" avtomobilinin sınaq istehsal xəttinin təqdimat mərasimində deyib: "İranxodro"nun müxtəlif məhsullarının Fransanın Peugeot şirkətinə söykənmədən yerliləşdirilməsi iranlı gənc mütəxəssislərin iş gündəmində durur ki, bu prosesin ilk məhsulu, İran məhsulu olan "Peugeot-301"dir.

Yekke Zare əlavə edib: İran məhsulu olan "Peugeot-301"in sınaq istehsalı hazırda altmış faiz daxililəşdirmə ilə başlanıb və müştərilərə təhvilin başlanğıcında bu miqdarda daxililəşdirmə səksən faizə çatacaqdır.

Fransanın Peugeot avtomobilqayırma şirkəti son zamanlar elə bir halda İranı tərk etdi ki, 2008, 301 və 208 avtomobillərinin istehsalı üçün "İranxodro" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalamışdı.

Teqlər