İyul 18, 2019 07:41 Asia/Baku
  • Ruhani: Dost ölkələr təkvektorluluq qarşısında birləşməlidirlər

İran İslam Respublikasının prezidenti deyib: Bölgə ölkələri və dost ölkələr təkvektorluluğun və güclərin sui-istifadələrinin qarşısını almaq üçün bir-birilərinin kənarında öz texnoloji güclərini artırmalıdırlar.

Həsən Ruhani dünən axşam Tehranda 25-ci "ELEKOMP" beynəlxalq sərgisinin açılış mərasimi və "Sayıq İran" iclasında deyib: Böyük güclər virtual mühit vasitəsilə hegemonçuluq, təkvektorluluq və  sanksiya tətbiq etməklə İrana öz yiyəliklərini tətbiq etmək istəyirlər.

İran İslam Respublikasının prezidenti deyib: Özünəsöykənmə və dost ölkələrlə həmkarlıqdan savayı, bir yol mövcud deyildiir və dost ölkələr, ölkələrin inkişafı üçün maneələrin yaradılması və hegemonçuların sui-istifadələrinin qarşısını almalıdırlar.

İranın 25-ci elektronika, kompüter və elektronika ticarəti sərgisi Tehranda işə başlayıbdır.

Yeddi ölkənin şirkətlərinin nümayəndələri 25-ci "ELEKOMP"(ELECOMP) beynəlxalq sərgisində informasiya texnologiyaları sahəsindəki son nailiyyətlərini təqdim edəcəklər.

1995-ci ildən bəri hər il keçiilən "ELEKOMP" sərgisi İranda kompüter xidmətləri və məhsulları, həmçinin elektronika bazarında ən böyük ticarət hadisəsidir.

 

Teqlər