İyul 19, 2019 09:02 Asia/Baku
  • Zərif Quterreş ilə görüşüb

Hazırda Nyu-Yorkda olan İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif yerli vaxtla dünən axşam BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Amerikanın İran İslam Respublikasının BMT yanındakı nümayəndəliyinin işçiləri üçün məhdudiyyət yaratması, bölgədəki gərginlik, İran neftini daşıyan tankerin İngiltərə tərəfindən müsadirə olunması, İranın nüvə anlaşması öhdəliklərinin azaldılması və regional məsələlər, o cümlədən Suriya, Yəmən və Əfqanıstandakı son dəyişikliklər Zərif-Quterreş dialoqunun mehvərlərindən olubdur.

İranın xarici işlər naziri elə bir halda Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının illik sessiyasında iştirak etmək üçün şənbə günü Nyu-Yorka yola düşdü ki, ABŞ dövlət departamenti diplomatik normaları pozaraq, iranlı heyətin Nyu-Yorkdakı görüşləri və gediş-gəlişlərini məhdudlaşdırıbdır. Bu addım BMT--nin reaksiyası və tənqidinə səbəb olubdur.

ABŞ dövlət katibi Mayk Pompeo bununla bağlı deyib: Məhəmməd Cavad Zərifin və onu müşayiət edən heyətin vizası yalnız İran səfirinin BMT qərargahı yaxınlığındakı məkanı və bir neçə binada İranın diplomatik məkanları ilə BMT qərargahı arasında səfər icazəsinə malikdir.

Belə bir halda, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Seyyed Əbbas Musəvi ABŞ dövlət katibinin İran xarici işlər nazirinin Nyu-York səfəri ilə bağlı məhdudiyyəti barədəki sözlərinə cavab olaraq, deyib ki, amerikalılar İran xarici işlər nazirinin işgüzar səfərlərinin Amerika və dünyanın ümumi fikrinə təsir göstərməsindən narahatdırlar.