Avq 12, 2019 13:55 Asia/Baku
  • Zərif: Əcnəbi qüvvələr bölgədə əmin-amansızlığa bais olurlar
    Zərif: Əcnəbi qüvvələr bölgədə əmin-amansızlığa bais olurlar

İranın xarici işlər naziri bildirib ki, hərbi koalisiyalar öncədən məğlub olublar. O, vurğulayıb ki, əcnəbi qüvvələr bölgədə əmin-amansızlığa bais olurlar.

Dohaya səfər etmiş İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman ilə görüşdə İran və digər bölgə ölkələrinin Fars Körfəzində təhlükəsizliyin bərqərarında məsuliyyət daşıdıqlarını bildirib.

Zərif həmçinin İran-Qətər münasibətlərinin bütün sahələrdə, o cümlədən siyasət və iqtisadiyyat sahələrində inkişaf xətti ilə irəlilədiyini bildirib və iki ölkənin bölgə olayları barədəkı ardıcıl məşvərətlərini regional bir ehtiyac kimi zəruri adlandırıb.

Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman da bu görüşdə Tehran-Doha özəl münasibətlərindən razılıq ifadə edib. O, bölgə problemlərinin həlli üçün dialoq ünsürünün gücləndirilməsi istiqamətində birgə əməkdaşlığa, həmçinin iki ölkənin regionda sülh və sabitliyin bərqərarındakı roluna təkid edib.

Dünən Qətər rəsmilərilə görüşmək məqsədilə bu ölkənin paytaxtı Dohaya daxil olmuş İranın xarici işlər naziri dünən gecə də Qətər xarici işlər nazirinin şam ziyafətində iştirak edibdir.