Avq 12, 2019 20:08 Asia/Baku
  • Zərif: Amerika və müttəfiqləri Qərbi Asiyanı barıt anbarına çeviriblər
    Zərif: Amerika və müttəfiqləri Qərbi Asiyanı barıt anbarına çeviriblər

İranın xarici işlər naziri bildirib ki, Amerika 2018-ci ildə reriondakı ərəb ölkələrinə beş milyard dollar dəyərində silah satıb. O, vurğulayıb: Amerika və müttəfiqləri bölgədəki bəzi rejimlərə silah sataraq, Qərbi Asiyanı partlamağa hazır barıt anbarına çeviriblər.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İngiltərənin Əlcəziyə telekanalı ilə müsahibədə Fars Körfəzində dəniz koalisiyasının yaradılmasını İrana qarşı düşmənçilik hərəkəti adlandırıb və deyib ki, bu hərəkət Fars Körfəzinin təhlükəsizliyini azaldır.

Zərif əlavə edib: Amerikanın gəmiçiliyin qorunması üçün atacağı ən yaxşı addım budur ki, başqalarını rahat buraxsın və müdaxilə etməsin.

İranın xarici işlər naziri Fars Körfəzinin məhdud mühitə malik olduğunu dilə gətirərək, söyləyib: Xarici gəmilərin bu bölgədəki iştirakları hər nə qədər artarsa, ondakı bütün ölkələrin təhlükəsizliyi daha da azalacaqdır.

Amerika son aylarda İrana qarşı təzyiqi artırmaq məqsədilə Fars Körfəzi bölgəsindəki iştirakını genişləndirib və İngiltərə daxil olmaqla müttəfiqləri ilə yanaşı təhrikedici addımlar atır.

Amerikalılar bu istiqamətdə bildiriblər ki, Fars Körfəzində hərbi bir koalisiya yaratmaq istəyirlər.