Avq 13, 2019 20:33 Asia/Baku
  • "Qris 1" tankeri müsadirədən çıxmaq ərəfəsindədir

Media mənbələri Cəbəlüttariq başçılarına istinadla bildiriblər ki, "Qris 1" tankerinin müsadirəsi tezliklə başa çatacaq.

Bu məlumata görə, İran neftini daşıyan "Qris 1" tankerinin müsadirəsi avqustun 17-də götürüləcəkdir.

Belə bir halda, bir Cəbəlüttariq rəsmisi deyibdir ki, yerli hökumət bu tankerin müsadirəsini ləğv etmək ixtiyarına malik deyildir.

Bundan öncə də Cəbəlüttariqin sözçüsü bildirmişdi ki, İngiltərənin hakimiyyəti altında olan bu bölgə "Qris 1" tankeri ilə bağlı İranla gərginliyi azaltmağa çalışır.

İngiltərənin dəniz qüvvələri iyulun 4-də qanunsuz olaraq, İran neftini daşıyan "Qris 1" tankerini Cəbəlüttariq boğazında müsadirə etdi.