Avq 14, 2019 09:18 Asia/Baku
  • Cebelli: S.H.Nəsrullah şücaətli və sayıq bir rəhbər və dünya üçün bir meyardır
    Cebelli: S.H.Nəsrullah şücaətli və sayıq bir rəhbər və dünya üçün bir meyardır

İran İslam Respublikasının TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini dünən gecə Tehranda müqavimət hekayətləri üzrə sənədli məcmuənin təqdimatı mərasimində 33 günlük savaşda Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın aqilanə rəhbərliyinə işarə edərək, deyib: Seyyid Həsən Nəsrullah Livanda şücaətli, sayıq və xəlqi bir rəhbər və dünya üçün bir meyardır.

Peyman Cebelli bu mərasimdə bildirib ki, sionist rejimin 2006-cı ildə Livana təcavüzünün başlanmasından üç ay öncə Livan xristianları ilə Hizbullah arasında bir koalisiya təşkil olundu. O, belə qeyd edib: Əgər İslam İnqilabını islami oyanışın dönüş nöqtəsi bilsək, 33 günlük müharibə müasir dövrdə müqavimətin qələbə xəttini dönüş nöqtəsidir.

Cebelli Livan xalqının və müqavimət qüvvələrinin  33 günlük müharibədəki rəşadətlərinə işarə edərək, deyib ki, sionist rejim bu savaşda Livan ərazisindən onlarla metr torpağı işğal etmək arzusunu qəbirə apardı.

"Müqavimət hekayətləri" sənədli məcmuəsi Livan Hizbullahının islami müqavimətinin 33 günlük savaşdakı qələbəsinin ildönümü günü münasibətilə çəkilib.

Bu sənədli məcmuənin prodüseri və rejissoru, Məcid Kəlhordur.