Avq 15, 2019 15:14 Asia/Baku
  • İİR Silahlı Qüvvələrinin asayiş müdafiəçiləri komandasının hazırlığı

Rusiyada keçirilən beşinci beynəlxalq yarışda iştirak edən İran İslam Respublikası Silahlı Qüvvələrinin asayiş müdafiəçiləri komandası yarışların dörd mərhələsindən ikisini uğurla arxada qoyaraq, sonrakı etapalara və üstün möve tutmağa hazırlaşır.

Dünyanın 39 ölkəsindən 223 komandanın iştirakı Rusiyada keçirilən beynəlxalq hərbi yarışlar ölkəmizin Silahlı Qüvvələrinin asayiş müdafiəçiləri komandasının iştirakı ilə davam edib.

İran İslam Respublikasının layiqli nümayəndələri güclü rəqibləri ilə yarışların iki etapını başa vurduqdan sonra özlərinin ikinci yerlərini təsbit edə biliblər.

Kişi: Builki məşqlər ötənilki məşqlərdən bir az fərqlənirdi. Yarışların şəraiti də fərqli idi, lakin Allah-Taalanın köməkliyi ilə uşaqlar yaxşı əməl etdilər. Və hələlik komandamız ikinci yerdədir.

Ölkəmizin Silahlı Qüvvələrinin asayiş müdafiəçiləri komandası şəhər patrulu əməliyyatı və atıcılıq yarışlarını tam qüdrət və hazırlıqla arxada qoydular ki, yarışların təşkilatçısı olan Rusiyadan azacıq fərqlə ikinci yerdə durmuş olsunlar.

Kişi: Tehrandan Əli Əsğər Şerağiyəm. Bu gün yarışlar çox ali idi. Mən ötən il iştirak etmişəm. Yarışların səviyyəsi çox yüksəkdir.

Kişi: İran İslam Respublikası Silahlı Qüvvələrinin asayiş müdafiəçiləri komandasının məşqçisiyəm. Məşqlərimizə dekabr-yanvar aylarından başladıq və yavaş-yavaş hazırlıqlarımızı 60 faizdən yüz faizə çatdırdıq.

Şose yolu üzrə patrul və meşə maneələrindən keçmək, builki yarışlarda asayiş müdafiəçiləri komandası üçün yerdə qalan iki mərhələdir.