Avq 15, 2019 17:59 Asia/Baku
  • Dünya hərbçilərinin dərin dalğıclıq üzrə 4-cü beynəxalq yarışları başa çatıb

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının dalğıclıq komandası dünya hərbçilərinin dərin dalğıclıq üzrə 4-cü beynəxalq yarışlarında üçüncü olub.

Bu beynəlxalq yarışlar İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının ev sahibliyi ilə avqustun 4-dən 14-dək İranın cənubunda yerləşən Kiş adasında keçirilib. Yarışlarda dünyanın dörd qitəsindən olan ölkələr təmsil olunublar.

Rusiya və Çin komandaları müvafiq olaraq, birinci və ikinci olublar.

Venesuela, Cənubi Afrika və Suriya da bu beynəlxalq yarışlarda dördüncüdən altıncıyadək olan yerlərdə durublar.

Yarışlarda yüksək yerləri tutan ölkələrin mükafatlandırılmaları İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Hoseyn Xanzadi tərəfindən həyata keçirilib

Rusiya dəniz qoşunlarının komandan əvəzi admiral Vidko bu yarışların bağlanış mərasimində İranın ev sahibliyini yüksək dəyərləndirib və deyib ki, yarışlar sağlam bir rəqabət atmosferində keçirildi.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Hoseyn Xanzadi Kiş adasında keçirilən dünya hərbçilərinin dərin dalğıclıq üzrə 4-cü beynəxalq yarışlarının bağlanış mərasimində vurğulayıb: Amerika, İngiltərə, sionist rejim və onların müttəfiqləri bilməlidirlər ki, dəniz islami müqavimət cəbhəsi formalaşmaqdadır və bölgənin sərmayələrinin tarac edilməsi dövrü başa çatıbdır.