Avq 15, 2019 18:01 Asia/Baku
  • Eynalı istirahət mərkəzi

Bu cazibədarlığın adı Təbrizin görməli yerləri arasında az eşidilibdir. Amma şəhər əhalisi arasında fövqəladə rəğbətə malikdir. Eynalı dağı və Təbriz telekabini və ya Eynalı istirahət mərkəzi bizim seçdiyiimiz məkandır.

Bura, Təbrizin zirvəsi, gözəl Eynalı dağıdır. Ətəkdən zirvəyədək gözəlliklərlə doludur. Əgər bir xoş əhval-ruhiyyə keçirmək istəyirsinizsə, ailə ilə bir neçə saatlığa bu səfalı dağın qonağı olun.

Kişi: Həftədə heç olmasa, üç gün buraya gəlməyi planlaşdırmışıq. Mühit olduqca əyləncəli və münasibdir. İdman vəsaitləri, müxtəlif idman cığırları. Əladır!

Qadın: Haradan gəlmisiniz?

Kişi: Biz İsfahandan-Nəcəfabaddan gəlmişik. 40 nəfərlik bir qrupuq.

Qadın: Yaşıllığı əladır! Havası çox təmizdir.

Kişi: Biz Xuzistandan gəlmişik- Dezfuldan. Buranın havası doğrudan da sərindir. Xüzistanda hərarət 60 dərəcədən yuxarıdır. Bura çox sərindir.

Oun ibn Əli məqbərəsi, adsız şəhidlər xatirə kompleksi, “Dağ Gölü” adlı süni göl, telekabin, süni şəlalə, meşəliklər və geniş yaşıllıqlar. İnsanın ruhunu oxşayır.

Kişi: Tətil günlərində adətən 60 min nəfərdən çox tamaşaçı olur. Sevinirik ki, bu əyləncə mərkəzində bu idman, şadlıq və sevinc atmosferi yaranıb. 800 hektardan çox ərazidə yaşıllıq və meşəlik salınıb, gül əkilib. Əziz xalqımızın rifahı üçün daha çox səy göstərəcəyik.

Eynalı-nın gözəl cazibələrindən digər birisi, içəridə saxlanılan otuz baş dağ keçisidir.

Səfası və asayişi gündüzdən az olmayan Eynalı gecələri. Bu yaşıl və füsunkar təbiət fotoqrafiya üçün də bir cənnətdir.

Eynalının gözəlliklərindən xatirə dəftəri düzəldə bilərsiniz. Bir sözlə, Eynalı çayı qonaqlar üçün həmişə dəm alıb və süzülməyə hazırdır.