Avq 15, 2019 18:04 Asia/Baku
  • İranın Simnan vilayətində super yüngül təyyarə qəzaya uğrayıb

İranın Simnan vilayətində Gərmsar şəhərinin Eyvanəki aeroportu ətrafında təlim üçün istifadə olunan super yüngül təyyarə qəzaya uğrayıb nəticədə 2 nəfər həyatını itirib.

Simnan vilayətinin qırmızı aypara cəmiyyətinin əməliyyat mərkəzi bildirib ki, Bu təlim xarakterli super yüngül təyyarə bu gün Eyvanəki aeroportundan 200 metirlik məsafədə qəzaya uğrayıb.

Bu hadisədə məşqçi və onun tələbəsi həlak olublar. Təyyarə özəl sektorun nəzarətində olub. Hadisənin səbəbi araşdırılır.