Avq 20, 2019 09:18 Asia/Baku
  • Şəmxani: İran Amerikanın təzyiqlərinə təslim olmayacaq

İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, İran Amerikanın təzyiqlərinə təslim olmayacaq.

Əli Şəmxani Amerikanın “NBC Nyus” telekanalı ilə müsahibədə Amerikanı təcavüzkar və bölgədəki gərginliyin əsas amili adlandırıb və belə deyib: İran İslam Respublikasına verilən xalq dəstəklərinə görə, Amerikanın ötən qırx ildə İrana qarşı bütün fitnə və təzyiqləri məğlubiyyətə uğrayıbdır.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Amerika prezidenti Donald Trampın hökumətinin “maksimum təzyiq” kampaniyası İranı dizə çökdürməyəcək və Tehranı nüvə müzakirəsi masasına geri qaytarmayacaqdır.

Şəmxani əlavə edib: İrana qarşı sanksiyalarda məqsəd, müzakirə deyil, bizi təslim olmağa vadar etməkdir. Amma Amerikanın bu münasibəti yürütməkdə davam edəcəyi zamanadək İran müzakirə ardınca olmayacaqdır.

 

Teqlər