Avq 23, 2019 21:31 Asia/Baku
  • Zərif Parisdə Fransa rəhbərləri ilə görüşüb

İran İslam Respublikası xarici işlər naziri Parisə səfərinin davamında bu gün Fransanın XİN rəhbəri Jan-Yves Le Drian ilə görüşüb.

Məhəmməd Cavad Zərif  və Le Drian qarşılıqlı əlaqələr, regional məsələlər və nüvə sazişinin icrası mövzusunu müzakirə ediblər.

İİR xarixi işlər naziri bu gün günorta Fransa prezidenti Emanuel Makron ilə də Eliza sarayında görüşüb.

Zərif bu görüşdən sonra müxbirlər toplusunda etdiyi çıxışında Fransa prezidenti ilə görüşünü konstruktiv adlandırıb və deyib: Bu görüş iki ölkə prezidentlərinin telefon söhbətlərinin davamında baş tutdu.

İİR XİN rəhbəri görüşdə tərəflərin nüvə sazişinin icra mexanizmi və ehtiyac olan addımlar barədə təkliflər təqdim ediblər.

Zərif həmçinin İranın nüvə sazişi barədə təkrar müzakirə etməyəcəyini vurğulayıb.