Avq 25, 2019 07:24 Asia/Baku
  • İran amerikan demokratiyaları müdafiə fondunu sanksiya edib
    İran amerikan demokratiyaları müdafiə fondunu sanksiya edib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi amerikan demokratiyaları müdafiə fondunu və onun müdirini ABŞ hökumətinin İran xalqına qarşı iqtisadi terrorizmində iştirakına görə, sanksiya edib.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanatda qeyd edib ki, “demokratiyaları müdafiə fondu” adlı anti-İran lobbisi və onun müdiri Mark Dubovitz bilərəkdən və qəsdən yalan düzəldib, yaymaq, təşviq və lobbiçilik etmək, məşvərət və mənfi təbliğat kompaniyası aparmaq kimi hərəkətlərlə təsirli tərzdə İran İslam Respublikasına qarşı iqtisadi terrorizmin təsirlərinin işlənib hazırlanması, tətbiqi və şiddətləndirilməsində iştirak ediblər.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, demokratiyaları müdafiə fondu adlı anti-İran lobbisi və onun müdiri ciddi və fəal şəkildə İran xalqının həyati maraqları və təhlükəsizliyinə zərbə vurmaq istiqamətində səy göstəriblər və göstərirlər.

Nazirlik əlavə edib: "Bölgədə Amerika terrorizmi və avantürist hərəkətlər və insan haqlarını pozmaqla mübarizə qanunu"ndakı 4-cü maddənin birinci bəndi və 5-ci maddənin birinci bəndində qeyd olunmuş tapşırıqların icrası istiqamətində bu fondu və onun direktoru Mark Dubovitzi qeyd olunan qanun mövzusunun sanksiya siyahısına daxil edibdir.

Amerika nüvə anlaşmasından çıxdıqdan sonra İrana qarşı təzyiq tətbiq etmək üçün hərtərəfli təbliğat kampaniyasına başlayıb.

Amerika prezidenti Donald Tramp 2018-ci ili mayın 8-də birtərəfli şəkildə Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, ölkəsinin bu beynəlxalq anlaşmadan çıxdığını elan etdi.

Trampın bu hərəkəti daxildə və beynəlxalq səviyyədə geniş şəkildə pislənibdir.

İran İslam Respublikası müqavimət cəbhəsinin əsas üzvlərindən biri kimi amerikan-sionist mehvərin bölgədəki hərəkətləri və fitnələri ilə mübarizədə əsas rol oynayır.