Avq 27, 2019 18:06 Asia/Baku
  • İran istehsalı olan ən yeni
    İran istehsalı olan ən yeni "Kruz" raketinin təqdimatı olub

İran İslam Respublikası istehsalı olan "Mobin" tipli ən yeni "Kruz" raketi Rusiya beynəlxalq hava-kosmos sərgisi- "Maks-2019"da təqdim edilib.

"Mobin" tipli "Kruz" raketi 450 kilometr mənzilə, 670 kiloqram çəkiyə malikdir. 45 min fut hündürlüyədək uça bilir.

Rusiya beynəlxalq hava-kosmos sərgisi- "Maks-2019", bu gün avqustun 27-dən Jukovski şəhərində fəaliyyətə başlayıb. Sərgidə İrandan başqa, 16 ölkə iştirak edir.

Dekabrın birinədək davam edəcək bu sərgidə müxtəlif ölkələrdən 340-dan yuxarı şirkət iştirak edir.

İranın müdafiə nazirinin müavini və hava-kosmos təşkilatı sədrinin sözlərinə görə, İran pavilyonunda bir təlim reaktiv təyyarəsi, bir neçə yaxın və uzaq mənzilli pilotsuz nümunəsi və bir neçə təyyarə motoru nümunəsi təqdim edilir.

 

Teqlər