Avq 29, 2019 11:14 Asia/Baku
  • Zərif: İran xalqı təzyiqlərə təslim olmayacaq

İran İslam Respublikasının xarici işlər naziri Çinin Si.Si.Ti.Vi.(CCTV) telekanalı ilə müsahibədə vurğulayıb ki, İran xalqı nəinki təzyiqlərə təslim olmayacaq, əksinə var gücü ilə tərəqqiyə doğru addımlayacaqdır.

Məhəmməd Cavad Zərif son Çin səfərində Si.Si.Ti.Vi.(CCTV) telekanalının "Beynəlxalq gözətçi" verilişində olaraq, beynəlxalq nüvə anlaşması barədə deyib: İran xüsusən Amerikanın nüvə anlaşmasından çıxmasından sonra anlaşmanın digər tərəflərinin rəftar və fəaliyyətlərinə, həmçinin bir il təzyiqə dözdükdən sonra anlaşmadakı bəzi öhdəliklərini azaltdı.

İranın xarici işlər naziri bildirib ki, İran xalqı indiyədək nüvə anlaşmasının iqtisadi mənfəətlərindən bəhrələnməyib. O, deyib: İran xalqı gələcəyə çox nikbindir; əcnəbilərdən asılı deyil və ciddi şəkildə inkişafa səy göstərir.

Teqlər