Sen 06, 2019 15:23 Asia/Baku
  • Nüvə anlaşması öhdəliklərinin azaldılması Qərbin boş vədlərinə bir cavabdır

Tehranın cümə namazı xitabətçisi İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 3-cü addımının atılmasına toxunaraq, deyib: İranın bu addımı qərblilərin nüvə anlaşması öhdəliklərinin icrası istiqamətindəki boş vədlərinə bir cavabdır.

Höccətulislam Mohəmməd Cavad Hac Əli Əkbəri Tehranın buhəftəki cümə namazı xütbələrində avropalıların öz nüvə anlaşması öhdəliklərinə əməl etmələri vacibliyini vurğulayıb. Qeyd edib ki, avropalıların nüvə anlaşması öhdəliklərinə sadiq qalmayacaqları təqdirdə, İran öz öhdəliklərini azaltmaqda davam edəcəkdir.

Tehranlı namazqılanlar bu sözlərdən sonra şüarlar verərək, İranın nüvə anlaşması öhdəliklərinin azaldılmasını himayə ediblər.

Höccətulislam Hac Əli Əkbəri həmçinin Amerikanın tənəzzülə düçar olduğunu bildirib. O, deyib: Amerikanın Suriya, İraq, Yəmən, Livan və Fələstin daxil olmaqla Qərbi Asiya bölgəsində məğlub olması, bu ölkənin borcunun 20 trilyon dollara çatması, narkomaniyanın artması, evsizlik, aclıq və cəmiyyətdə təbəqələr fərqi Amerikanın tənəzzül etməsinin dəlillərindəndir.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Amerika özünün siyasi, iqtisadi, ictimai və mədəni qüdrətini itirib və dünya Amerikadan sonrakı dövr barədə düşünür.

Höccətulislam Hac Əli Əkbəri bildirib ki, İran xalqının müqaviməti Amerikanın tənəzzülünü sürətləndirib. O, deyib: Müqavimət cəbhəsinin formalaşması Amerikanın regional nüfuzunun azalmasına səbəb olub.

Tehranın cümə namazı xitabətçisi həmçinin Yəmən olaylarına toxunub: Təcavüzkar səud koalisiyası Yəmən bataqlığında ilişib qalıb və bu böhrandan qaçmağa yol axtarır.