Sen 07, 2019 11:17 Asia/Baku
  • İranın 3-cü addımı və avropalıların təkrar reaksiyaları
    İranın 3-cü addımı və avropalıların təkrar reaksiyaları

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə məktubda İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə üçüncü addımın atıldığını elan etdi.

Məhəmməd Cavad Zərif dünən bu məktubda Federika Moqeriniyə bildirdi ki, Amerikanın nüvə anlaşmasından çıxmasından irəli gələn nəticələrə, həmin ölkənin sanksiyalarının yenidən icbar edilməsinə, üç Avropa ölkəsinin bu anlaşmadakı öhdəliklərinin icrasında aciz qalmasına və müştərək komissiyanın bəyanatlarına əsasən, İran İslam Respublikası tədqiqat və inkişaf sahəsində nüvə anlaşmasındakı bütün öhdəliklərini dayandırır.

Zərifin məktubunun sonunda vurğulanıb ki, İran öz xoşməramlılığını sübut etmək üçün nüvə anlaşmasında qalmış tərəflərlə dialoqu bütün səviyyələrdə davam etdirməyə və qarşı tərəfllərin bu anlaşmadakı bütün öhdəliklərinə əməl edəcəkləri halda, bir daha nüvə anlaşmasının tam icrasına qayıtmağa hazırdır.

Bundan öncə İran prezidenti məhkəmə hakimiyyətinin ev sahibliyi ilə keçirilən üç hakimiyyət qüvvəsi başçılarının iclasının sonunda vurğulamışdı ki, nüvə texnologiyasının inkişaf etdirilməsi və araşdırma sahəsində ölkənin ehtiyac duyduğu hər bir məsələ İranın Atom Enerjisi Təşkilatı tərəfindən təmin edilməlidir.

İran İslam Respublikası nüvə anlaşmasındakı öhdəliklərini azaltmağa Amerika hökumətinin 2018-ci il mayın 8-də nüvə anlaşmasından çıxaraq, İrana qarşı bütün sanksiyaları geri qaytarmasından düz bir il sonra başladı.

Hazırda İran üçüncü addımını atıb və bu addım xüsusən Avropa ölkələri arasında reaksiyalara səbəb olubdur. Amma bu reaksiyalar keçmişdəki kimi təkrar reaksiyalardır və onlarda həmin ölkələrin nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə işarə edilməyibdir.

Daha avropalıların onların öz öhdəliklərini yerinə yetirməmələri səbəbindən İranın atdığı addımlar qarşısında təkrar sözlər söyləməkdən əl çəkmələrinin və bu anlaşma altındakı öhdəliklərinə, o sıradan öhdəlik götürdükləri on bir maddəyə əməl etmələrinin vaxtı gəlib çatıbdır.