Sen 08, 2019 08:40 Asia/Baku
  • Zərif Pompeoya: Görəsən, mədəni olmağın mənasını bilirsən?
    Zərif Pompeoya: Görəsən, mədəni olmağın mənasını bilirsən?

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın dövlət katibinə xitabən soruşub: Görəsən, mədəni olmağın mənasını bilirsən? O, əlavə edib: Görən, mədəni olmaq günahsız insanları qırmaq üçün toy mərasimlərinin üzərinə pilotsuz göndərməkdir?

Amerikanın dövlət katibi Mayk Pompeo cümə günü İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə üçüncü addımının atılmasına reaksiyada twitter-də yazıb: İngiltərə, Fransa və Almaniya və əslində dünyanın bütün mədəni xalqları İranın nüvə bacalmasını dayandırmaq üçün qətiyyətli addımlar atacaqlar.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən öz twitter səhifəsində bu sözlərə cavab olaraq, yazıb: Görəsən, mədəni olmaq azad sularda dəniz quldurluğu deməkdir? Bəlkə qeyri-insani savaşlar salmaq üçün bölgəyə silahların axıdılması deməkdir?

İranın xarici işlər naziri əlavə edib: Ya minillik sivilizasiyalı tarixə malik olan və əsrlər boyu bir kəsə hücum etməyən bir xalqdır?

Zərif bundan öncə digər bir twitt-də yazıb: Cənab Pompeo, bac almaq dəqiq şəkildə nə deməkdir?

O, əlavə edib: Görən, bac almaq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması və ona riayət edən hər bir kəsin cəzalandırılması deməkdir?

İranın xarici işlər naziri həmçinin soruşub: Bəlkə də bac almaq, İranın təslim olmayacağı təqdirdə, İran xalqını ac saxlamaq deməkdir?

O, əlavə edib: Bunlar bac almaqdır, ya nüvə anlaşması əsasında qanuni cavab addımları?