Sen 08, 2019 13:24 Asia/Baku
  • İran xalqının Pəhləvi diktatura rejiminə qarşı 17 şəhrivər qiyamının ildönümü günü
    İran xalqının Pəhləvi diktatura rejiminə qarşı 17 şəhrivər qiyamının ildönümü günü

Bu gün, 1357-ci günəş ili 17 şəhrivər qiyamı və İranın inqilabçı xalqından bir qrupunun qırğın edilməsinin ildönümü günüdür.

Tarixi mənbələrdə “17 şəhrivər qırğını” kimi yad edilən və “qara cümə” kimi tanınan 17 şəhrivər hadisəsi İran İslam İnqilabının formalaşması gedişində baş vermiş bir hadisə idi. Bu hadisə sonda şahın oyuncaq diktatura rejiminin süqutuna zəmin yaratdı.

Müdafiəsiz Tehran əhalisindən minlərlə nəfərin milad tarixi ilə 1978-ci il sentyabrın 8-ə təsadüf edən həmin gündə bu şəhərin sabiq Jalə, indiki Şohəda meydanında pəhləvi rejiminin məmurları tərəfindən qırğın edilməsi əhalinin bu rejimə qarşı nifrətinin artmasına, həmçinin ozamankı hökumət qulluqçularının tətil və etirazlarının genişlənməsinə səbəb oldu.

Tehran əhalisinin 17 şəhrivərdə qırğın edilməsi və hərbi hökumətin davam etməsi pəhləvi rejimi ordusunun birliyi və iradəsini zəiflətdi, əvəzində İran xalqının iradəsini pəhləvi rejiminin süqutu üçün daha möhkəm və daha əzmkar etdi. Nəhayət pəhləvi rejimi təqribən beş aydan sonra çökdü.