Rəbii: Bütün İranofoblar Bolton kimi səhnəni tərk edəcəklər
İran dövlətinin sözçüsü Ağ Ev-in milli təhlükəsizlik müşaviri Con Boltonun kənarlaşdırılmasına reaksiyada vurğulayıb ki, bütün İranofoblar Bolton kimi səhnəni tərk edəcəklər.
İran dövlətinin sözçüsü Əli Rəbii dünən axşam twitter-dəki şəxsi səhifəsində yazıb: Müharibənin və iqtisadi terrorizmin ən böyük himayədarının ixrac olunması ilə Ağ Ev daha İran gerçəkiliklərini dərk etmək üçün az maneə ilə üzləşəcəkdir.
Rəbii əlavə edib: Bolton aylar öncə vəd vermişdi ki, İran üç ayadək olmyacaq, amma İran hələ də dayanıb və o, gedibdir.
Amerika prezidenti Donald Tramp dünən Ağ Ev-in milli təhlükəsizlik müşaviri Con Boltonu vəzifəsindən kənarlaşdırdı.
Bolton Ağ Ev-ə daxil olduğu zamandan Amerikanın xarici siyasətini misli görünməmiş tərzdə bütün beynəlxalq təşkilatlar, orqanlar, həmçinin əksər ölkələrə qarşı səfərbər etdi.