Sen 11, 2019 13:17 Asia/Baku
  • General Baqeri: İran-Çin müdafiə həmkarlığı genişlənməkdədir
    General Baqeri: İran-Çin müdafiə həmkarlığı genişlənməkdədir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran və Çin arasında uzun müddətdir davam edən hərbi və müdafiə əməkdaşlığına toxunaraq vurğulayıb: Bu əməkdaşlıq siyasi və iqtisadi əlaqələr kimi inkişaf edir və genişlənir.

Pekində səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Mohəmməd Baqeri bu gün müxbirlərə deyib ki, Çin dünyanın mühüm ölkəsidir. O, əlavə edib ki, İran üçün müxtəlif yönlərdə Çinlə əlaqələr və əməkdaşlıq böyük önəm kəsb edir.

General-mayor Baqeri, İran-Çin münasibətlərinin 2016-cı ildən bəri strateji əlaqələrə yüksəldildiyini və iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişaf proqramının işlənib hazırlandığı və mübadilə edildiyini vurğulayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çinə səfərinin səbəbi barədə isə deyib ki, Çin rəsmiləri ilə strateji, texniki və hərbi mövzuları, eləcə də Şərqi və Cənub-Qərbi Asiyada gələcək hadisələri və dünya hadisələrini müzakirə edəcək.

Teqlər