Sen 12, 2019 09:10 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə əzadarlıq mərasiminin sonuncu gecəsi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə əzadarlıq mərasiminin sonuncu gecəsi keçirilib

İmam Zeynəlabidin(ə)-ın şəhadətinin ildönümü gecəsində Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın əzadarlıq mərasiminin sonuncu gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.

Bir qrup məsul şəxsin və xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərin iştirak etdiyi bu mərasimdə höccətulislam vəlmuslimin Seyyed Əhməd Xatəmi bir çıxışda deyib: Aşura hadisəsində xəvas vaxtında meydana daxil olmadı və o kədərli hadisə baş verdi, amma əgər vaxtında meydana girsəydi, bəlkə də tarixin müqəddəratı dəyişmiş olardı.

Mərasimin natiqi sonra deyib: Əgər imtahanlarda ehtiyatlı olmasaq, imtahandan keçmərik. O, əlavə eidb: İmtahandan keçməyənlər o kəslər idilər ki, İmam Hüseyn(ə) ilə savaşa gəldilər və dünyaya bağlı idilər və qəbul olanlar, yəni İmam(ə)-la qalanlar və öz dinlərini dünyaya fəda etməyənlər idilər.

Həmçinin bu mərasimdə cənablar Mortəza Taheri və Sədi Həddadiyan Həzrət Seyyiduşşəhdanın və İmam Səccad(ə)-ın müsibətlərinə mərsiyə və növhə oxuyublar.