Sen 13, 2019 07:19 Asia/Baku
  • Qəribabadi: İran qonşu ölkələrlə ən yaxşı münasibətə malik olmaq istəyir

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və nümayəndəsi deyib ki, İran Fars Körfəzindəki qonşu ölkələrlə ən yaxşı münasibətə malik olmaq istəyir və dialoq təklifini alqışlayır.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və nümayəndəsi Kazem Qəribabadi əlavə edib: İran indiyədək “regional dialoqlar assambleyası” və “region ölkələri arasında təcavüzün qadağan olunması müahidəsinin imzalanması” kimi müxtəlif təkliflər irəli sürübdür.

Qəribabadi əlavə edib: Bəzi region ölkələri, xüsusən ərəbistan və əmirliklər, öz həyatlarını bölgədə ixtilaf, savaş və qarşıdurma törətməkdə görürlər və öz zəifliklərini ört-basdır etmək üçün xalqa söykənmək yerinə, silah düzəldən ölkələrdən asılıdırlar.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və nümayəndəsi söyləyib: Ərəbistan qeyri-şəffaf bir nüvə proqramını genişləndirmək və icra etməkdədir, halbuki bu ölkə nüvə silahlarının genişləndirilməsinin qadağanı müqaviləsi- NPT-nin üzvü olaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əhatəli bir razılaşma imzalayıbdır.

 

Teqlər