Sen 13, 2019 13:18 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şanxay Dəniz Bazasına baş çəkib

Çin Ordusunun Baş Qərargah rəisinin dəvəti ilə bu ölkəyə səfər etmiş İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şanxay Dəniz Bazasına baş çəkib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri Şanxay Dəniz Bazasının təchizatları və gəmilərini nəzərdən keçirərək, bu dəniz bazasının komandanı və işçiləri ilə də görüşübdür.

General Baqeri bu mərasimdən sonra Şanxay hərbi komandanının şam ziyafətində iştirak edib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi çərşənbə günü Pekinə daxil olub. O, Çin Ordusunun Baş Qərargah rəisi, bu ölkənin hərbi komissiyasının sədr müavini və Çin Milli Müdafiə Universitetinin rəhbəri ilə görüşüb, bu universitetin müəllim və tələbələri qarşısında çıxış edibdir.

Teqlər