Sen 17, 2019 07:55 Asia/Baku
  • Ruhani: Amerikanın Suriyada iştirakı qanunsuz olaraq, bu ölkənin suverenliyini pozur
    Ruhani: Amerikanın Suriyada iştirakı qanunsuz olaraq, bu ölkənin suverenliyini pozur

İran İslam Respublikasının prezidenti dünən Ankarada Suriya barədə keçirilən İran, Türkiyə və Rusiya prezidentlərinin beşinci üçtərəfli sammitində vurğulayıb ki, Suriyanın daxili işlərinə qarışmama, həmçinin bu ölkənin istiqlaliyyəti və suverenliyinə hörmət ciddi surətdə həyata keçirilməlidir. Bildirib ki, amerikan hərbçilərin Suriyadakı qanunsuz iştirakı bu ölkənin ərazi bütövlüyü və suverenliyini təhlükəyə salıbdır.

Həsən Ruhani bu iclasda deyib: Yalnız suriyalılar öz gələcəkləri barədə qərar çıxara bilərlər və başqaları onların daxili işlərinə qarışmaq imkanı tapmamalıdırlar.

İran İslam Respublikasının prezidenti Astana prosesinə də toxunub. Qeyd edib ki, Astana prosesi Suriya böhranı ilə bağlı olan digər proseslərin əksinə olaraq, suriyalı tərəflər arasında ixtilaf yaratmaq ardınca olmayıb və olmayacaqdır.

Həsən Ruhani əlavə edib: Astana prosesi üzrə zamin ölkələrin prinsipial münasibətləri daima Suriya böhranı üçün dinc həll yolunun tapılması üzrə səy və konstruktiv anlaşma yolu ilə ixtilafların həlli üzərində təmərküzləşibdir.

İran İslam Respublikasının prezidenti qeyd edib ki, İran-Türkiyə-Rusiya həmkarlıqlarının artması Suriya böhranının və bölgədəki digər böhranların həlli üçün zəmanətçi ola bilər.

Terrorçuların Suriyadakı iştirakına işarə edən İran prezidenti deyib ki, İŞİD, Əlqaidə və asılı qruplar kimi terror qrupları və terrorizmlə mübarizə onların Suriyada tam məhvinədək davam etməlidir.

Həsən Ruhani həmçinin sionist rejimin region ölkələrinə olan təcavüzlərinə işarə edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət sionist rejimin benəlxalq sülhü və təhlükəsizliyi xətərə salan özbaşına hərəkətləri ilə mübarizə aparmalıdır.

Astana müzakirələri İran İslam Respublikasının təşəbbüsü, həmçinin Türkiyə və Rusiyanın həmkarlığı ilə 2017-ci ilin yanvarından başlanıb. Məqsəd, Suriyada sülhün bərqərarıdır.