Sen 22, 2019 15:33 Asia/Baku
  • Laricani: İranın silahlı qüvvələri avantüra üçün Fars Körfəzi ilə oyun icazəsi verməyəcəklər
    Laricani: İranın silahlı qüvvələri avantüra üçün Fars Körfəzi ilə oyun icazəsi verməyəcəklər

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikasının silahlı qüvvələri avantüra üçün Fars Körfəzi ilə oyun icazəsi verməyəcəklər, zira Hörmüz boğazının təhlükəsizliyi bütün su yollarının təhlükəsizliyi ilə birlikdə məna verir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Bəndər-Abbas şəhərində İran silahlı qüvvələrinin parad mərasimində deyib: İran İslam Respublikasının silahlı qüvvələri İraq və Suriya xalqlarına dəstək verərək, bölgədə İŞİD terror qrupunu məğlub etdilər.

Laricani söyləyib: İran bütün region ölkələri ilə dost və qardaşdır və sionist rejim müsəlmanların əsas düşməni sayılır. O, əlavə edib: İranın silahlı qüvvələri bir belə qüdrətlə bu qırx ildə heç vaxt bir ölkəyə təcavüz etməyiblər.

İran İslam Şurası Məclisinin sədri həmçinin ərəbistanın Yəmənə təcavüz etməsinə işarə edib. O, səud hökmranlarına xitabən deyib: Əgər cürətiniz varsa, qaniçən sionist rejimlə mübarizə aparın.

Müqəddəs Müdafiə Həftəsinin birinci günündə bu gün səhər bütün ölkədə İran silahlı qüvvələrinin hərbi paradı keçirilib.

 

Teqlər