Sen 22, 2019 19:24 Asia/Baku
  • İranın müdafiə və hərbi nailiyyətləri təqdim olunub
    İranın müdafiə və hərbi nailiyyətləri təqdim olunub

Müqəddəs Müdafiə Həftəsinin ilk günündə İranın son müdafiə və hərbi nailiyyətləri təqdim olunub.

“Hael” tipli iranlı artilleriya sistemi bu gün İranın silahlı qüvvələrinin İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in pak hərəmi ətrafında keçirilən parad mərasimində təqdim olunub.

Bu artilleriya sistemi dalğalar yaymadan hədəfləri müəyyən edir və bu üzdən, görünmədən əməliyyat həyata keçirə bilir.

“Kaman -12” tipli döyüş pilotsuzu da İran ordusunun hava qoşunları pilotsuzlarının sonuncu nəslinin nümunəsi kimi İran İslam Respublikası silahlı qüvvələrinin parad mərasimində nümayiş etdirilib.

Min kilometrlik əməliyyat radiusu ilə yüz kiloqramlıq yükləri daşımaq qabiliyyətinə malik olan “Kaman -12” tipli pilotsuzu saatda 160 kilometr sürətə malikdir və onun maksimum səviyyə uçuş sürəti saatda 200 kilometrdir.

“Qasid” tipli elektron bomba da İran ordusunun hava qoşunlarının bugünkü mərasimdə nümayiş etdirilən böyük yerli nailiyyətidir.

“Qasid” bombası İran ordusunun hava-quru bombalarının ən mühümü və ən dağıdıcısıdır.

Bu bombanın yüksək məhsuldarlığı, dağıdıcı qüdrəti və son dərəcə dəqiq hədəfəalması səbəb olub ki, qısa müddətdə iri miqyasda istehsal edilmiş olsun.

“Əsr-67” və “Asef” raketləri, “Qader” bombası, 2 min funtluq elektorn bomba, hava əsaslı “Qader” raketi və “Əbabil” PUA-sı da bu gün nümayiş etdirilən İranın digər nüvə təchizatlarıdır.