Sen 27, 2019 08:34 Asia/Baku
  • MAQATE-nin İrana qarşı iddiası rədd olunub
    MAQATE-nin İrana qarşı iddiası rədd olunub

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi nüvə anlaşmasının İran tərəfindən pozulmasını rədd edib. Bildirib ki, agentlik sırf olaraq, texniki reallıqların əks etdirilməsi və faktların yoxlanılması ilə məşğuldur.

Kazem Qəribabadi söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik cümə axşamı günü bir hesabatda bildirdi ki, Nətənz Yanacaq Zənginləşdirmə Zavodunda müxtəlif növ yeni maşınlar hazırlamaq üçün tədqiqat və inkişaf xətlərini yenidən qurulmaqdadır.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi əlavə edib: Bu məlumata görə, "IR-6"nın onlu və iyirmili halqaları, həmçinin üçüncü və dördüncü tədqiqat və inkişaf xətlərində "IR-4"ün iyirmili halqası zənginləşdirmə həyata keçirib, saflaşdırılmış uran toplamaqdadırlar.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik iddia edib ki, İran uran zənginləşdirilməsi prosesində nüvə anlaşmasında qadağan edilmiş daha modern sentrifuqalar quraşdırmağa başlayıb.

İran İslam Respublikası, ABŞ-ın birtərəfli qaydada nüvə anlaşmasından çıxmasından və avropalıların ABŞ-ın İrana qarşı sanksiyalarını kompensasiya etmək üzrə vədinin faydasız olmasından sonra öz nüvə anlaşması öhdəliklərini tədricən azaltmağa başladı.

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmi məlumatı ilə indiyədək bu istiqamətdə üç addım atıb və xəbərdarlıq edibdir ki, əgər nüvə anlaşmasını imzalayn tərəflər öz öhdəliklərinin icrazı istiqamətində real və təsilrli tədbirlər görməsələr, öz nüvə anlaşması öhdəliklərini azaltmaq üzrə dördüncü addımı da atacaqdır

Teqlər