Okt 09, 2019 09:13 Asia/Baku
  • Vaezi: Tehran-Bakı münasibətləri inkişaf etməkdədir

İran İslam Respublikası prezident aparatının başçısı deyib ki, İran qonşularla, xüsusən Azərbaycan Respublikası ilə münasibətlrini genişləndirmək üçün heç bir məhdudiyyətə malik deyil.

İran İslam Respublikası prezident aparatının başçısı Məhmud Vaezi dünən axşam Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevlə görüşdə əlavə edib: İran və Azərbaycan Respublikası iki qonşu kimi bütün sahələr və miqyaslarda həmkarlıq edirlər və bu münasibətlər prosesi daha da genişlənməlidir.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiə naziri də bu görüşdə deyib ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə münasibətlərin genişləndirilməsi və inkişaf etdirilməsinə xüsusi üstünlük verir.

Sahil Babayev həmçini deyib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər digər ölkələr üçün bir meyar ola bilər.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiə naziri bundan öncə İranın kooperasiya, əmək və sosial rifah naziri Mohəmməd Şəriətmədari ilə görüşərək, onunla məşvərət aparmışdı.

 

Teqlər