Okt 09, 2019 15:25 Asia/Baku
  • İran və Azərbaycan Respublikası arasında iqtisadi mübadilənin genişləndirilməsi vurğulanıb

İran İslam Respublikasının iqtisadi və maliyyə məsələləri naziri və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri ortaq tarixi və mədəni keçmişə söykənərək, ikitərəfli iqtisadi mübadilələrin inkişaf etdirilməsini vurğulayıblar.

İran İslam Respublikasının iqtisadi və maliyyə məsələləri naziri Fərhad Dejpəsənd bu gün Tehranda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşdə deyib: İranla Azərbaycan Respublikasının ortaq tarixi və mədəni keçmişi təklikdə iki ölkə əlaqələrinin davam etməsinə yetməz. Buna görə, bu münasibətlərin davam etməsi və sabit qalması üçün müştərək iqtisadi fəaliyyətlər göstərilməlidir.

Dejpəsənd deyib ki, İranın müştərək komissiya şəklində istifadə edilə bilən investisiya, gömrük, vergi və sığorta sahələrində əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanları var.

İranla Azərbaycan Respublikasının iqtisadi əlaqələrinin möhkəmləndirilməsini vacibliyini vurğulayan Dejpəsənd əlavə edib: İran investisiya, gömrük, vergi və sığorta sahələrində əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlara malikdir ki, müştərək komissiya formasında bu imkanlardan istifadə etmək olar.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də İranla ortaq din, dil və tarixə toxunaraq, iki ölkə prezidentlərinin son beşildəki görüşlərini Tehran ilə Bakı arasında hərtərəfli mübadilələri genişləndirmək üçün bir dəlil adlandırıb.

Babayev İran və Azərbaycan Respublikası arasında ticarət həcminin 70% artdığını da qeyd edərək, müştərək komissiyanın fəaliyyətinin iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcəyi və sürətləndirəcəyini bildirib.